Prezidentdən Şuşada yeni məktəbin tikintisi ilə bağlı SƏRƏNCAM

  • By admin
  • 08 May 2021 18:39

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.info  xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Gununsesi.info