Əfv edilən siyasi məhbusların SİYAHISI

  • By admin
  • 24 May 2018 16:54
Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Bu barədə Gununsesi.info-ya  Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
Bildirilib ki, əfv siyahısında 634 nəfər məhkumun adı var. Onlardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən “siyasi məhbus” kimi tanınıb:
“Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər- Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev də əfv olunub. Həmçinin AXCP-nin Neftçala rayon Təşkilatının rəhbəri Elnur Fərəcovun, şair Saday Şəkərlinin və “Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin adı da əfv siyahısına düşüb”.
Gununsesi.info