Prezidentin adını daşıyan məscid istifadəyə verildi

  • By Mayil
  • 08 Oktyabr 2016 14:04
mescid
Özbəkistanda mərhum prezident  İslam Kərimovun şərəfinə məscid istifadəyə verildi.
Gununsesi.info özbək mətbuatına istinadən xəbər verir ki,  oktyabrən 7-də Daşkəndin mərkəzində ölkənin birinci prezidenti İslam Kərimovun şərəfinə  “İslom-ota” məscid açılıb.
Məscid Daşkəndin Fərqanə yolu küçəsində  yerləşir . Üç yüz ilə yaxın tarixi olan  məscid 2015-ci ildə tamamilə yanıb və sonradan məscid müasir  formada rekonsturksiya və təmir işləri aparılıb. Məcsiddə ibadət edənlər üçün hər cür şərait yaradılıb. Məsciddə kitabxana  fəaliyyət göstərəcək. İndi həmən məscid İ.Kərimovun  şərəfində “İslom-ota” olaraq  bundan sonra fəaliyyət göstərəcək. Maraqlı cəhət ondan ibarətdir ki,  məscidin açılışına dəvətlər  İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayev və onun əri Timur Tillyayev tərəfindən göndərilib. Açılış mərasimində Özbəkistanın Müsəlmanlar idarəsinin  sədri, müfti Usmanxan Alimov iştirak edib. Tanınmış qonaqlar sırasında, məhşur özbək müğənnisi Şerali Curayev, və tanınmış yazıçı Tahir Malik iştirak edib.
mescid3 mescid2 mescid1
Gununsesi.info