Prezidentin daha bir qızı vəzifəyə təyin edildi

  • By admin
  • 26 Noyabr 2016 11:10
rahmon
Tacikstan prezidenti İmomali Rəhmanın üçüncü qızı Rövşanə Rəhman Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq təşkilatlar idarəsinin rəis müavini  təyin edilib.
Gununsesi.info “Asiya-plyus”-a istinadən xəbər verir ki,   prezidetin qızı bir neçə gün öncə bu vəzifəyə təyin edilib.
Verilən məlumata görə, Rövşanə artıq 10 ilə yaxındır ki, xarici siyasət idarəsində çalışır.
O,əvvəl Tacikstanın Böyük Britaniya səfirliyində işləyib.
Onu da qeyd edək ki, bundan öncə prezidentin böyük qızı Ozadə Rəhman da  XİN-də Konsulluq İdarəsinin rəisi, daha sonra isə nazirin birinci müavini olub.
Hazırda isə Ozadə Rəhman Tacikstan Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutur.
Prezidentin böyük oğlu Rustam Rəhman Dövlət maliyyə  nəzarəti və korrupsiya ya qarşı mübarizə agentliyinə rəhbərlik edir.
İmomali Rəhman 1992-ci ildən Tacikstana rəhbərlik edir və onun 7 qızı, 2 oğlu var.
2015-ci ilin dekabrında Tacikstanda qəbul edilən “Dünyanın qurucusu və milli birlik-Millətin lideri haqqında” qanunla İmomali Rəhman ömürlük hakimiyyət də olmaqla yanaşı, xüsusi statusamalikdir. Bu qanunla  təkcə İ. Pəhman deyil, eyni zamanda onun yaxınları da  toxunulmaz şəxs hesab edilir. O və ailə üzvləri ömürlük olaraq dövlət təhlükəsizlik orqanları tərəfindən mühafizə olunacaqlar.
2016-cı ildə keçirilən referendum nəticəsində Konstitusiyaya edilən dəyişiklik vəəlavələrə əsasən  İ. Rəhmana ömürlük  hakimiyyətdə olmaq,həmçinin, oğlunun da  yaxın gələcəkdə keçiriləcək prezident seçkilərində iştirak  hüququ tanınır.
Gununsesi.info