“Prezidentin geniş nitqi ölkəmizin inkişafında yeni üfüqlər doğuracaq…” - DEPUTAT

  • By admin
  • 30 Yanvar 2017 16:58

elden-ilya

Ölkə Prezidenti cənab İlham Əliyevin  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqi, geniş məzmunlu və əhatəli çıxışı tarixi əhəmiyyətli, ölkəmizin gələcək inkişaf yoluna işıq salacaq bir çıxışdır.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Millət vəkilinin dediyinə görə, məlum konfrans və dövlət başçısının çıxşı bir daha Azərbaycanın düzgün yolda olduğunun, o cümlədən, ölkəməzi istəməyən qüvvələr tərəfindən ortaya çıxarılan bəzi maneələrə və əngəllərə baxmayaraq, Azərbaycanın dönmədən, sapmadan resursları hesabına özünəməxsus inkişaf yolu ilə addımladığının növbəti əyani sübutu, təsdiqi oldu.

“Dövlət başçısı haqlı və əsaslı olaraq vurğuladı ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub,  yəni, iqtisadiyyatın əsas göstəriciləri müsbətdir”- deyən E. Səlimov konkret faktlar gətirək bildirib ki, məsələn, kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi  5 dəfə artıb.

Bununla yanaşı, dünyada məlum iqtisadi-maliyyə böhranı ilə əlaqədar neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində ölkənin inkişafı təmin edilib.

“Cənab Prezidentin də qeyd etdiyi kimi, dünyad davam edən iqtisadi və maliyyə böhranı ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərsə də, ancaq Azərbaycan nəticə etibarı ilə digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bildi. Təsadüfi deyil ki, ölkəmizdə təkcə ötən il yüz mindən çox daimi iş yeri yaradıldı, Neft Fondunun valyuta ehtiyatları qorundu.  Şəxsən mən də belə hesab edirəm ki, bunlar da çox əlamətdar hadisədir.

Çünki dövlət başçısının da söylədiyi kimi, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərclədi, Azərbaycan isə öz valyuta ehtiyatlarımızı qoruyub saxlaya bildi. Ona görə ki, valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.

Bu baxımdan belə hesab edirəm ki, bu konfrans və ölkə Prezidentinin geniş nitqi ölkəmizin inkişafında yeni üfüqlər doğuracaq, öz müsbət töhfəsini verəcək. Bu, eyni zamanda bir daha ona qəti əminlik yaradır və yaratdı ki, ölkənin taleyi etibarlı əllərdədir. Yəni, Azərbaycan xalqı və dövləti İlham Əliyevin rəhbərliyi ilə hələ uzun illər yeni-yeni-uğurlara, nailiyyətlərə imza atacaq”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

eld%c9%99niz-s%c9%99limovyerterrdytfrhyftghyftry

Kamil HƏMZƏOĞLU

Gununsesi.info