Prezidentin kənd təsərrüfatı naziri təyin etdiyi şəxs kimdir? - DOSYE

  • By admin
  • 14 Aprel 2023 11:57

Prezident İlham Əliyev Məcnun Qadir oğlu Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info Məcnun Qadir oğlu Məmmədovun dosyesini təqdim edir.

Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra o, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

Yeni təyinata qədər o, “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

Məcnun Məmmədov həm də “PASHA Holding” MMC-nin tərkibinə daxil olan bir neçə şirkətə rəhbərlik edib.

Gununsesi.info