

Düşənbədən 20 km məsafədə yerləşən Qissar rayonunda prezident İmomali Rəhmanın “Taciklər tarixin güzgüsündə” kitabına abidə ucaldılıb.
Gununsesi.info BBC-nin Tacikstan bürosuna istiandən xəbər verir ki, daş kitabə abidəsinin eni 6, uzunluğu 4 metrdir. Hazırda kitab abidənin son tamamlam işləri gedir. Abidə hazır olduqdan sonra rayon mərkəzində ucaldılacaq.
İ.Rəhman prezdentliyi dövründə bir sıra kitablar yazıb ki, onun da ən ciddi işi “Taciklər tarixin güzgüsündə” əsəridir. Hansı ki, bu kitabda 5 min illik tarix əhatə edən dövrdə taciklərin keçdikləri – heç də asan olmayan taleləri və yolları öz əksini tapıb.
Gununsesi.info