

“Azərbaycan parlamentinin buraxılması hallarını müəyyən edən yeni müddəanın Konstitusiyaya daxil edilməsi parlamentin nəzəri cəhətdən iflic vəziyyətə düşməsinin mümkünlüyü ilə bağlıdır Bu, hakimiyyət qolu olan parlamentin zəifləməsi kimi anlaşılmamalıdır”.
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Sputnik.az”-a müsahibəsində Referendum Aktı layihəsində qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblər, hətta parlamentin buraxılması hallarını müəyyən edən müddəalara aydınkıq gətirərəkən deyib.
Onun sözlərinə görə, Milli Məclis üzvünün fəaliyyətində şəffaflığın artırılması, onun xalqın təmsilçisi kimi yüksək adına xələl vurmaması üçün təminat yaradır. “Analoji norma Böyük Britaniya qanunvericiliyində də əks olunub və müvafiq tələblər bu ölkənin parlamentinin üzvlərinə şamil edilib. Təklif olunan dəyişikliklər, həmçinin deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı normaları dəqiqləşdirir, Milli Məclis üzvünün fəaliyyətində şəffaflığın artırılması, onun xalqın təmsilçisi kimi yüksək adına xələl vurmaması üçün təminat yaradır. Azərbaycan parlamentinin buraxılması hallarını müəyyən edən yeni müddəanın Konstitusiyaya daxil edilməsi parlamentin nəzəri cəhətdən iflic vəziyyətə düşməsinin mümkünlüyü ilə bağlıdır. Bu, hakimiyyət qolu olan parlamentin zəifləməsi kimi anlaşılmamalıdır”.
Ə.Həsənov deyib ki, qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni tələblər insan hüquqlarının təminatına bərabər imkanlar yaradılması prinsipi əsasında yanaşmanı ehtiva edir. “
Gununsesi.info