Prezidentin köməkçısı həbs edildi - Rüşvətə görə

  • By admin
  • 30 May 2018 16:20

Belarus DTK Lukaşenkonun köməkçisini həbs etdi – 200 min dollar rüşvət alarkən yaxalandı

Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ölkə prezidentinin köməkçisi, Qrodnensk vilayətinin inspektoru Sergey Rovneykonu həbs edib.

Gununsesi.info Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə DTK-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, S.Rovneyko 200 min dollar rüşvət almaqda ittiham edilir.

Mətbuat xidmətinin verdiyi məlumatda həmçinin qeyd olunur ki, təhqiqatçılar bir neçə il bundan əvvəl Rovneykonun vəzifə səlahiyyətindən sui-istifadə edərək, müxtəlif məsələlərin həlli üçün rüşvət alıb. Ölkə prezidentinin  tapşırığı ilə şübhəlinin qanunsuz fəaliyyətini sənədləşdirmək üçün tədbirlər görülüb.