Prezidentin köməkçisi: “Media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir”

  • By admin
  • 31 Avqust 2016 12:35

d6e63147-3e0d-4fa7-9030-cc7355bd5ae2
Bu gün Prezident Administrasiyası (PA), Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının (MM) təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilir.

Gununsesi.info-nun məlıumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, sosial şəbəkədə fəal olan Azərbaycan vətəndaşları da bu məsələlərdə vətəndaş mövqeyindən çıxış etməlidirlər.

Ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov isə qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir. PA rəsmisinin sözlərinə görə, əgər onlar seçki prosesində jurnalist kimi çıxış edir, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olurlarsa, jurnalist məsuliyyəti də daşıyırlar. O, deyib ki, bloqger öz səhifəsində nəsə yazırsa, bu, başqa məsəllə, lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu, artıq mediadır.

“Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır”-deyə, PA rəsmisi daha sonra sözlərinə əlavə edib.

Gununsesi.info