
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.
Gununsesi.info-un məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı Twitter səhifəsində paylaşım edib.
Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də İran səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.
Gununsesi.info