Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

“Məktəblərin açılması ilə bağlı məsələ üzərində bir neçə vaxtdır iş gedir və dünya təcrübəsi öyrənilir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, hazırda vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətin olur.

“Bütün çətinliklər nəzərə alınaraq, gərgin iş gedir. Tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və suallar cavablandırılacaq”.

Gununsesi.info