Prezidentin köməkçisindən Zəngəzur dəhlizi AÇIQLAMASI: Bakı gözləmək fikrində deyil

  • By admin
  • 16 Sentyabr 2023 11:37
zəngəzur dəhlizi

Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki biz inanırıq ki, sıx ticarət və iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək.

Gununsesi.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu kontekstdə biz bu istiqamətdə irəliləyişə nail olmaq üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk. Lakin indi bizim Ermənistanla nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarımızda müəyyən durğunluq var. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin edilməsini nəzərdə tutan Zəngəzur dəhlizinin açılması 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatın müddəalarından biridir”, – deyə o bildirib.

H.Hacıyevin sözlərinə görə, təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib:

“Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat-logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir. Lakin Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və təcrid olunmuş vəziyyətdə qalmaqda davam etmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistika ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlığı ilə bağlamayacağıq və regional tərəfdaşlarımızla irəliləyəcəyik”.

Səid Əhmədli
Gununsesi.info