Prezidentin kürəkənini güllələdilər…

  • By admin
  • 12 Yanvar 2017 10:13

marqe-1

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri güllələnib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, dünən gecə G. Marqvelaşvilinin kürəkəni M. Qoqoçuri silahlı basqına məruz qalıb və çiyinindən yaralanıb.

Xəbərdə bildirilir ki, hadisə Gürcüstanın paytaxtı Tifilisidə baş verib. Atəş açan şəxs və ya şəxslərin kimliyi hələlik məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər çalışırlar.

M. Qoqoçurinin Tbilisi Dövlət Xəstəxanasında ciyinindən əməliyyata olunduğu bildirilir. G. Marqvelaşvilinin kürəkənin vəziyyətinin hazırda stabilləşdiyi və həyati təhlükəsinin olmadığı qeyd edilib.

Xatırladaq ki, hadisə zamanı M. Qoqoçurinin dostunun da yaralandığı bildirilir. Hazırda o, da Tbilisi Dövlət Xəstəxanasında müalicə alır.

Prezidentin kürəkəni Minda Qoqoçuri 2016-ci ilin iyulunda Marqvelaşvilinin bəyanatından sonra prokurorluğa çağırılıb. Həmin bəyanatda Gürcüstan prezidenti onun ailəsinə qarşı təzyiqlərin olduğunu bildirib. Prokurorluq bu iş üzrə prezidentin kürəkənini və onun dostui Mixail Tataraşvilini dindirib.
Anar
Gununsesi.info