“Prezidentin müşavirədə toxunmadığı elə bir sahə qalmadı ki, 2017-ci ildə inkişafı nəzərdə tutulmasın” - DEPUTAT

  • By admin
  • 11 Yanvar 2017 14:53

iclas-ilham

“Dünənki müşavirədə dövlət başçısının da qeyd etdiyi kimi, 2016-cı il dərin islahatlar ili olub. Artıq ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb. İqtisadiyyatın hər hansı bir sahəsində öz potensialını təqdim etmək üçün hər bir vətəndaşa bütün qapılar açılıb”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, dövlət investisiyalar qoyur, xarici investisiyaların cəlb edilməsinə dövlət təminatı verilir.

“Sadəcə, imkanı olanlar seyriedici mövqeyini saxlayıb yaradılmış şəraitdən maksimum istifadə edərək, həm özü inkişaf etməli, həm də yeni iş yerlərinin açılmasında və ixracyönümlü məhsulların istehsalında öz töhfəsini verməlidir. Yəni, dövlət başçımızın müşavirədə toxunmadığı iqtisadiyyatın elə bir sahəsi qalmadı ki, 2017 –ci ildə inkişaf etdirilməsi nəzərdə tutulmasn. Qeyd etmək istəyirəm ki, 2017 –ci ildə ölkəmiz neft iqtisadyyatından iqtisadiyyatın reallıqlarına əsaslanan iqtisadiyyata keçid edəcək. Bura ölkənin sənayeləşməsi, kənd təsərrüfatının valyuta gətirəcək ənənəvi sahələrinin inkişafı, nəqliyyat dəhlizlərinin istifadyə veriməsi, inşaat sektorunda inqilabi tikintilərin nəzərdə tutulması, turizm potensialından yüksək dərəcədə istifadə edilməsi, sosial layihələrin yerinə yetirilməsi, xidmətlərin asanlaşdırılması və sair daxildir. Məhz belə olanda milli valyutamız da möhkəmlənər, həm də dinamik inkişaflı iqtisadiyyata nail olmaq olar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info