Prezidentin oğlu deputat seçildi

  • By admin
  • 23 Noyabr 2016 00:24

kurbankulu

Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Televiziyası bildirib. Türkmənistan MSK-sı bildirir ki, noyabrın 22-də üç seçki dairəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Ahal vilayəti  24-cü seçki dairəsi üzrə Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov qələbə qazanıb.

Telesüjetdə digər iki seçki dairəsi üzrə Gövhər Bayramova və Yusifqulu İşayevin seçildiyi bildirilib. MSK-nın iclasında yeni seçilmiş deputatlara vəsiqələr təqdim olunub.

Qurbanqulu Berdıməhəmmədov 2007-ci ildən Türkmənistana rəhbərlik edir.

Gununsesi.info