Prezidentin Protokol xidmətinə yeni rəis təyin edildi

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

HTML tutorial

Sərəncama əsasən, Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov ötən ay vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə E. Bağırov Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Gununsesi.info