Prezidentin “Qarabağ”ın futbolçuları ilə səmimi söhbətindən -Video

  • By admin
  • 13 Dekabr 2021 17:30
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib.
Ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb.
Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”.
Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”.
Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: “Sən yaxşı qapıçısan, cəsarətlisən”.
Gununsesi.info