“Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək lazımdır”

Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilməyindən danışıb. 

Gununsesi.info xəbər verir verir ki, sabah 70 yaşı tamam olacaq aktrisa Modern.az-a açıqlamasında dövlət başçısının imzası ilə təltif olunmaqdan qürur duyduğunu vurğulayıb.

“Var olsun Prezidentimiz! Var olsun xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm!”, – deyə A.Bəşirqızı qeyd edib.

Xalq artisti, həmçinin bütün incəsənət xadimlərinə çağırış edib:“Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır”.

Gununsesi.info