Prezidentin sədr təyin etdiyi Rüfət Mahmud kimdir?

  • By Admin2
  • 13 Fevral 2025 16:20

Xəbər verdiyimiz kimi, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Gununsesi.info xəbər verir ki, Rüfət Mahmud 2001-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

O, 2007-ci ilin avqust-sentyabr aylarında Dünya Bankında məsləhətçi kimi fəaliyyət göstərib. 2008-2009-cu illərə isə İqtisadiyyat Nazirliyində departament müdiri vəzifəsini icra edib.

R.Mahmud 2009-2018-cü illərdə Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının sədri olub. 2019-2022-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.

O, 2023-cü il yanvarın 11-də “Socar Rus” MMC-nin rəhbəri təyin edilib.

Gununsesi.info