Prezidentin sərancamından sonra Azərbaycan MBD məkanında ikinci yerə yüksələcək

  • By admin
  • 19 İyun 2019 12:02

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra Azərbaycan MDB məkanında minimum əməkhaqqının səviyyəsinə görə ikinci yerə yüksələcək.

Gununsesi.org xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 950 min nəfəri əhatə edən sərəncamla dövlət büdcəsindən illik 780 milyon manat vəsait ayrılacaq.