Monakonun hərrac evində Rusiya prezidenti Vladimir Putinin bahalı model olan Patek Philippe Triple Complication saatı satışa çıxarılıb.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, saatı adı gizli saxlanılanbir şəxs tərəfindən alınıb.
Belə ki, Patek Philippe Triple ComplicationMonakonun Antiquorum auksion evində Rusiya prezidenti Vladimir Putunin adına qarantiya sənədləri ilə təqdim olunub. Hərracda alıcı Putinin saatına 1,054 milyon Avro ödəyib.
Putinin Patek Philippe 5208P Triple Complication modeli olan saatı platin korpusdan, əbədi təqvim, qızıl əqrəblərdən və çox məhdud sayda istehsal olunan saatdır. Bu model saatı ancaq xüsusi sifariş nəticəsində əldə etmək olar.
Gununsesi.info