Prezidentin türkiyəli sevgilisi hamilədir

  • By admin
  • 26 Noyabr 2016 15:55

 baskanin-turk-aski-deniz-akalin-hamile-8060029

 

“Fiat” şirkətinin qurucusu olan Agnelli ailəsinin varisi, həmçinin, İtaliyanın məşhur “Yuventus” klubunun da sahibi Andrea Agnelli ilə sevgili olan türkiyəli model Deniz Akalın 4 aylıq hamilədir.

Gununsesi.info “Sabah” qəzetinə istinadən xəbər verir ki, bir ildir birlikdə olan cütlüyün oğlu olacaq.

Xatırladaq ki, 10 il evli qaldığı, 38 yaşlı Emma Vinterdən türk modelə görə ayrılan və dünya mətbuatının gündəminə düşən klub prezidentinin iki uşağı var.

D.Akalının əri Françesko Kalvo “Yuventus” klubunda sponsor əlaqələrinə məsul şəxs, həmçinin Agnellinin də yaxın dostu olub. Kalvo dostunun xəyanətini öyrəndikdən sonra klubdan 2 milyon avro təzminatını alaraq “Barselona” klubuna transfer olub.

baskanin-turk-aski-deniz-akalin-hamile-8060497

Gununsesi.info