Prezidentin xidməti avtomobili satışa çıxarıldı - AZƏRBAYCANDA

  • By admin
  • 23 Fevral 2018 15:08

Daxili İşlər Nazirliyi xeyli sayda avtomobilini hərraca çıxarıb.

Gununsesi.info Dövlət Əmlak Komitəsinə istinadən xəbər verir ki,  belə avtomillərə  BMV -520, Fiat Doblo, QAZ 31105  markalı nəqliyyat vasitələri daxildir.

BMV-lər 5200-6000 manata, FİAT-lar 3500 manata, Qaz -31105 1800 manata ilkin qiymətlə satışıa çıxarılıb.

Bundan əlavə, Dövlət Statistika Komitəsi VAZ-21041 markalı 2 avtomobilini  1200-1500 manata, Prezidentin Xüsusi Tibbi Xidmət maşını olan Hyundai Sonata 5000 manata hərraca çıxarılıb.

Qeyd edək ki, hərrac  martın 27 –də keçiriləcək.

Vüsalə

Gununsesi.info