Prezidentin yeni köməkçisinin atası müsavatçıdır? - FƏRƏC KƏRİMLİ DEYİR Kİ...

  • By admin
  • 17 Noyabr 2022 22:24
Xəbər verdiyimiz kimi, İlham Əliyev Xalid Nurəddin oğlu Əhədovu özünün  sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edib. 
Bu təyinatın ardından Xalid Əhədovun atasının Müsavat Partiyasının üzvü olması barədə xəbərlər yayılıb.
Bildirilir ki, Xalid Əhədovun atası Nurəddin Əhədov keçmiş millət vəkilidir. Bir zamanlar Müsavat Partiyası Divanının üzvü olub və hazırda da partiyada sıravi üzvdür.
Müsavat başqanının müavini Fərəc Kərimli Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.
Nurəddin Əhədovun həqiqətən də Müsavat Partiyasının üzvü olduğunu xatırladıb: “Ancaq o, uzun illərdir ki, partiyadan gedib. Hazırda harada olmasından xəbərimiz yoxdur”.
 Mais
Gununsesi.info