Prezidentin yüksək vəzifə verdiyi Elçin Yusubov kimdir?

Xəbər verdiyimiz kimi, dövlət başçısının imzaladığı Sərəncamla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Gununsesi.info – nun məlumatına görə, bu Sərəncamadək Elçin Yusubov 4 il müddətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

1975-ci il təvəllüdlü E.Yusubov daha əvvəl özəl sektorda, Azərbaycan Respublikası Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

O daha əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini də tutub.

2020-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

 

Gununsesi.info