Prezidentlə baş nazir yenə göz yaşlarına hakim ola bilmədi - HƏR İKİSİ HÖNKÜR-HÖNKÜR AĞLADI

  • By admin
  • 02 May 2017 17:30

erdogan yildirim agladi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Binəli Yıldırım AKP  üzvlüyünə imza mərasimində göz yaşlarını saxlaya bilmədi. 

Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, bu gün Ərdoğan 33 aydan sonra qurucusu olduğu AKP-yə üzv olmaq üçün yenidən imza atdı. Ərdoğanın AKP üzvü olması ilə bağlı partiyanın mərkəzi qərargahında xüsusi törən düzənləndi. Partiya qərargahında Ərdoğanı baş nazir, partiya sədri Binəli Yıldırım qarşıladı.

Ərdoğan AKP-nin üzvü olaması ilə bağlı imza atdıqdan sonra duyğusal anlar yaşandı.

Belə ki, Türkiyə prezidenti kürsüyə yaxınlaşarkən göz yaşlarına hakim ola bilmədi. Bundan sonra Binəli Yıldırım da göz yaşlarına hakim olmayaraq, ağlamağa başladı. Duyğusal anların yaşandığı bir məqamda B.Yıldırım bildirdi ki, hörmətli prezidentimizi qurultayda AKP sədrliyinə namizəd irəli sürəcəyik: “Artıq 970 günlük həsrət vüsala qovuşdu”.

Mürtəza

Gununsesi.info