Dekabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.
Gununsesi.info xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.
Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.