Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

16 Oktyabr 2017 - 16:48

Prezidentlər razılığa gəldilər- HƏMSƏDRLƏR BƏYANAT YAYDI
15081494881617029682_1000x669
ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə birgə prezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın bu gün Cenevrədə keçirilən görüşünün yekunlarına dair bəyanat yayıblar.
Gununsesi.infoxəbər verir ki, vasitəçilər görüşün konstruktiv mühitdə keçdiyini qeyd ediblər.
“Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün tərəflərlə işləməyə hazırdırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”, – deyə, bəyanatda bildirilib.
Gununsesi.info