Prezidentlər Xəzərə nərə buraxdılar

Prezidentlər Xəzərə nərə buraxdılar

Avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar.

Gununsesi.info xəbər verir ki, gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.

COMMENTS