Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır.
Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Onun sözlərinə görə, münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun qurulması vacibdir:
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq, münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun səylərinin dəstəkləyirik. Bu görüş münaqişənin həlli istiqamətində müsbət addımdır”
M.Mard vurğulayıb ki, Aİ münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyir.