
Bu gün Praqada Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın “Azadlıq” radiosunun əməkdaşı ilə dialoqu sosial şəbəkələrdə və mediada böyük maraqla qarşılanıb.
Gununsesi.info-nun xəbərinə görə, ölkə başçılarına özünü “Azadlıq” radiosunun əməkdaşı kimi təqdim edən xanım jurnalist Prezident İlham Əliyevdən siz “Sorosçusuz” deyə zarafatı ilə üzləşib.
Jurnalistin “mən qəzetçiyəm” cavabına isə Ərdoğan “Soros qəzetçiləri satın alır” replikasını səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan və Türkiyə Prezidentləri ilə səmimi söhbət edən jurnalist “Azadlıq” radiosunun əməkdaşı Ülviyyə Əsədzadədir.
Qeyd edək ki, uzun illərdir ki, mətbuatda olan Ülviyyə Əsədzadə “Azadlıq” radiosunun mərkəzi ofisinin yerləşdiyi Praqada çalışır.
Gununsesi.info