Prezidentlər İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış oldular

  • By admin
  • 22 İyun 2022 11:02

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.