
Kolumbiyada prezidentliyə namizədə sui-qəsd cəhdi edən 15 yaşlı hücumçu ittihamları rədd edib, ölkə mediası isə uşağın həbsi zamanı “Mən bunu pul üçün etmişəm” deyə qışqırdığını yazıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyada sui-qəsd nəticəsində ağır yaralanan prezidentliyə namizəd senator Migel Uribe Turbayın səhhətinin vəziyyəti ağır olsa da , 15 yaşlı təcavüzkar ona qarşı irəli sürülən ittihamları rədd edib.
Prokurorluqdan verilən açıqlamada hücumçunun “qəsdən adam öldürməyə cəhd” və “qanunsuz silah saxlama” ittihamlarını rədd etdiyi və günahsız olduğunu bildirdiyi bildirilib.
Prokurorluq hücumçunu azyaşlı olduğu üçün həbs cəzası əvəzinə 8 il reabilitasiya gözlədiyini açıqlayıb.
Kolumbiya mediası hücumçunun yerli narkotik satıcısı tərəfindən işə götürüldüyünü və mühafizəçilər tərəfindən saxlanılarkən “Mən bunu pul üçün etdim, ailəm üçün etdim” deyə qışqırdığını bildirib.
Senator Uribe şənbə günü paytaxt Boqotoda mitinq zamanı 15 yaşlı təcavüzkar tərəfindən başından və ayağından güllə ilə vurularaq ağır yaralanıb.
Uribe xəstəxanaya çatdırılıb və onun həyatı təhlükə altındadır.
Orxan