“Naxçıvan Muxtar Respublikasının statusu ləğv edilsin!” - PREZİDENTLİYƏ NAMİZƏD

  • By admin
  • 29 Mart 2018 18:36

Prezidentliyə namizəd Sərdar  Cəlaloğlu   özünün Milli təhlükəszlik konsepsiyasında  dövlət quruluşunun qorunması məqsədi ilə  ölkə ərazisində muxtar qurumları ləğv etməyi və yenisinin yaradılmasının yolverilməzliyini təklif edir.

Gununsesi.info xəbər verir ki,  prezidentliyə namizəd S. Cəlaloğlu  dövlət quruluşunun qorunması məqəsdi ilə Azərbaycan dövlətinin dünyəvi, demokratik, hüquqi, sosial və unitar dövlət quruluşunu möhkəmləndirməyi; praktikanı konstitusiyaya uyğunlaşdırmağı, dövlətin ərazisində muxtar qurumları (Naxçıvan Muxtar Dövlət statusunu) ləğv etmək və belə qurumların yaradılmasının yolverilməzliyini təmin etməyi; dövlət quruluşunu dəyişdirmək cəhdlərinə yol verməmək və sərt qanuni tədbirlər görməyi; ölkə daxilində fəaliyyət göstərən xaricdən dəstəklənən daxili qüvvələrin istənilən fəaliyyəti qadağan etməyi; separatizmin, etnik, dini və sosial dözümsüzlüyün istənilən təzahürünə qarşı sərt tədbirlər proqramı həyata keçirməyi təklif edir.

 Mürtəza

Gununsesi.info