Prezidentliyə namizəd HƏMASI-ı terror təşkilatları siyahısına daxil edəcəyinə söz verdi

  • By admin
  • 09 Oktyabr 2023 09:33

Argentinanın iqtidardakı “Vətən üçün birlik” koalisiyasından prezidentliyə namizədi Serxio Massa qalib gələcəyi təqdirdə Fələstinin HƏMAS hərəkatını terror təşkilatları siyahısına daxil edəcəyinə söz verib.

Gununsesi.info xəbər verir ki, o, bazar günü prezidentliyə namizədlik debatları zamanı deyib.

“Mən çox açıq olmaq istəyirəm – mən təkcə terror aktını pisləmirəm, dekabrın 10-da prezident olacağam və HƏMAS-ı Argentinanın terror təşkilatları siyahısına əlavə edəcəyəm”, – deyə Massa bildirib.

Debatın əvvəlində Argentinanın beş prezidentliyə namizədindən dördü HƏMAS hücumunu pisləyib. “Sol və İşçilər Cəbhəsi” koalisiyasını təmsil edən Miriam Breqman dinc insanların həlak olması ilə bağlı başsağlığı verib, lakin hadisəni İsrail hökumətinin siyasətinin nəticəsi adlandırıb.

Argentinada prezident seçkiləri oktyabrın 22-də keçiriləcək.

Səid Əhmədli
Gununsesi.info