Bu gün “bir millət, iki dövlət” şüarı dəyidirilərək “bir millət, bir dövlət” şüarına uyğun hərəkət etməlidir.
Gununsesi.info xəbər verir ki, bunu ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu səsləndirib.
Onun sözlərinə görə, ADP “bir millət, iki dövlət” şüarını “bir millət, bir dövlət” şüarını irəli sürür və Türk Konfederasiyasnın yaradılmasını təklif edir: “ Biz Türk Konfederasiyasının yaradılmasnı və Türkiyə ilə Azərbaycan vahid xarici siyasət yürütməsini təklif edirəm. Bizim dostumuz da, düşmənimiz də eyni olmalıdır”.
Rusiya ilə münasibətlərə gəldikdə isə S.Cəlaloğlu hesab edir ki, Rusiya Azərbaycanın ənənəvi düşmənidir: “Rusiya Azərbaycanı işğal və ilhaq etdib. Bu gün də torpaqlarının işağaldan azad olunmasına imkan vermir. odur ki, Azərbaycan yenidən Rusiyaya yaxınlaşıb, onun boyunduruğuna keçə bilməz”.
ADP lideri hesab edir ki, Azərbaycanın nicatı Qərblə daha sıx münasibətlər qurmasındadır. “Azərbaycanın Qərbdən uzaqlaşaraq Rusiyanın əsarətinə getməsinə yol vermək olmaz. Odur ki, biz Qərbyönümlü siyasət yürütməliyik. Bu istiqamətdə konkret addımlar atılmalıdır”.
Mürtəza
Gununsesi.info