Fransanın ultrasağçı lideri, Milli Cəbhə Partiyasının rəhbəri, prezidentliyə namizəd Marin Le Pen Bretan əyalətinə səfəri zamanı etirazçıların yumurta hücumuna məruz qalıb.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, etirazçılar “Sizin burda işiniz yoxdur, xanım” şüarları səsləndiriblər.
Məlumata görə, mühafizəçilər Le Peni ərazidən uzaqlaşdırmağı bacarıblar.
Qeyd edək ki, 7 mayda baş tutacaq ikinci tur prezident seçkilərində xanım lider rəqibi Emmanuel Makronla mübarizə aparacaq.
Gununsesi.info