Prezidentliyə namizəddən İlkin Rüstəmzadə çağırışı- ONUNLA BƏRABƏR HƏBS OLUNAN HƏR KƏS AZADLIQDADIR

Prezidentliyə namizəddən İlkin Rüstəmzadə çağırışı

 

Prezidentliyə namizədlər üçün İctimai Televiziyada təşkil olunan debat zamanı ADP sədri Sərdar Cəlaloğlu həbsdəki NİDA üzvü İlkin Rüstəmzadə haqqında danışıb.

Gununsesi.info bildirir ki, prezidentliyə namizəd çıxışında İlkin Rüstəmzadə ilə birlikdə həbs olunan  NİDA-çı gənclərin hamısının azadlığa çıxdığını xatırladıb: “Onunla baərabər həbs olunan hər kəs azadlıqdadır. Amma nədənsə  onu əfvə salmırlar.Mən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin. Biz razı ola bilmərik ki, bir Azərbaycan gənci öz gəncliyini həbsxanada keçirsin”. 

Gununsesi.info

COMMENTS