Prezidentliyə namizədin anası İlham Əliyevə səs verdi - FOTO

  • By admin
  • 11 Aprel 2018 15:42

Müasir Müsavat Partiyasından (MMP) prezidentliyə namizədliyi irəli sürülmüş Hafiz Hacıyevin anası Prezident İlham Əliyevə səs verib.

Gununsesi.info xəbər verir ki, bu barədə prezidentliyə namizəd Hafiz Hacıyev özü məlumat verib. O bildirib ki, 85 yaşlı anası Pünhan Hacıyeva Göygöl rayonunda səs verib:

“Anam yaşlı qadın olduğuna görə, səhhətində problemləri var. Buna görə də, rayonda müvafiq seçki dairələrinin əməkdaşları tərəfindən anamın yaşadığı evə seçki qutusu aparılıb və anam da evdə səs verib. Anam mənə deyil, Prezident İlham Əliyevə səs verib”.

H.Hacıyev anasının ona səs vermədiyinin səbəblərini də açıqlayıb: “Bilirsiniz, mən sizə bir bir məsələni deyim ki, biləsiniz. Anam İlham Əliyevi məndən çox istəyir. Özü də bunu dəfələrlə etiraf edib. Eyni zamanda, mən zaman anamı ziyarət etməyə gedirəmsə, məndən həmişə soruşur ki, qardaşın İlham Əliyev necədir?. Ona görə anamın səsvermə hüququ var və kimə istəsə səs verə bilər. Eyni zamanda, anam üçün mən və yaxud da İlham Əliyev fərqi yoxdur”.

Gununsesi.info