Argentina qatıldığı televiziya proqramında gələn ay keçiriləcək seçkilərdə prezidentlik yarışında ən güclü namizəd kimi görünən ifrat sağçı ekstremist Xavyer Mileinin qəribə hərəkətlərindən bəhs edir.
Gununsesi.info xəbər verir ki, baş verənlər Argentinada prezident seçkilərində favorit namizəd olan ifrat sağçı ekstremist Xavyer Mileinin televiziya proqramında dedikləri olub.
Noyabrın 19-da keçiriləcək seçkilərin ikinci turunda Milei solçu namizəd Sergio Massa ilə yarışacaq.
İllik inflyasiyanın 140 faizə çatdığı ölkədə Mileinin dollarlaşmanı müdafiə etməsi və dövlət qurumlarını ləğv edəcəyi vədi böyük mübahisələr yaradır.
Rəy sorğularında öndə görünən ifrat sağçı siyasətçinin ötən axşam qonaq olduğu televiziya proqramında səsləndirdiyi qəribə açıqlamalar ölkə gündəminə bomba kimi düşüb. “América” telekanalında yayımlanan proqrama qatılan Milei studiyada kiminsə onun qulağına nəsə pıçıldadığını deyərək, hər kəsi təəccübləndirib.
Tamamilə səssiz studiyada Mileiyin şikayətini eşidənlər bu sözləri başa düşə bilməyiblər. Bir saatlıq proqramda jurnalist Esteban Trebukun suallarını cavablandıran Mileinin olduqca əsəbi görünməsi və qəribə hərəkətlər etməsi diqqət çəkib.
Qadın siyasətçi Patricia Bullrich ilə ittifaqı ilə bağlı sualları cavablandıran Milei onu tənqid edənləri “axmaqlar” adlandırıb. “Onlar televizorda qadınları seyr edərkən mən yataqda uzanıram” deməsi tamaşaçıları şoka salıb.
Proqramın bir hissəsində Milei qəfildən “Bu pıçıltılar indi dayana bilərmi?” deyərək, qışqırıb.
Bir çox insan sosial mediada Mileinin psixi sağlamlıq problemlərinin olduğunu bildirib. Bəziləri bu proqramın ifrat sağçı namizədin prezidentlik yarışına son qoyduğunu və bu qəribə gedişlərdən sonra onun artıq seçilmək şansının qalmadığını deyib.
Gununsesi.info