Prezidentliyə namizədə görə beynəlxalq müşahidəçilərə xəbərdarlıq edildi

  • By admin
  • 22 Oktyabr 2016 20:03

moldova

Avropa Xalq Partiyasının (AXP) Moldova Respublikası prezidenti vəzifəsinə namizəd kimi Mayya Sanduya dəstəyi barədə bəyanat mətbuatda dərc ediləndən sonra Moldova Mərkəzi Seçki Komissiyası (MSK) xatırladıb ki, bu ölkənin vətəndaşı olmayanların seçkiqabağı təşviqat aparması qadağandır.

Gununsesi.info Moldova KİV-lərinə istinadən xəbər verir ki, MSK-nın mətbuat üçün məlumatında vurğulanır ki, müəyyən namizədin seçkiqabağı təşviqatını aparan Avropa məmurları heç oktyabrın 30-da keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçilər kimi qeydə alınmayıblar. Bununla belə, milli qanunvericiliyə görə, onlar qərəzsiz olmalı və kimə üstünlük verdiklərini göstərməməlidirlər.

Moldova MSK bütün müşahidəçilərə Moldova Respublikasının qanunvericiliyi ilə tanış olmağı, seçki prosesinə müdaxilə etmədən bu qanunvericilik çərçivəsində hərəkət etməyi, habelə səsvermə günü seçki məntəqələri bağlanana qədər namizədlərlə bağlı açıq şərhlər verməməyi tövsiyə edir.

Yerli KİV-lərin məlumatına görə, oktyabrın 21-də sosial şəbəkələrdə Avropa Xalq Partiyasının sammitindən fotolar yayılıb. Həmin fotolarda “Fəaliyyət və həmrəylik” Partiyasından namizəd Mayya Sandu Almaniya kansleri Angela Merkel, Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə birlikdə əks olunub. Foto Avropanın ən böyük siyasi partiyasının namizədi dəstəkləyən bəyanatı fonunda verilib.

Gununsesi.info-ya