
Gürcüstanda prezidentliyə namizəd Zurab Caparidze mitinqdə tərəfdarlara yüngül narkotika (marixuana) payladığına görə polislər tərəfindən saxlanılıb.
Gununsesi.org-un xəbərinə görə, prezidentliyə namizəd bu əməlində cinayət tərkibi olmadığını deyib.
İki saat polisdə saxlanıldıqdan sonra Zurab Caparidze sərbəst buraxılıb..
Qeyd edək ki, ötən il Gürcüstanda marixuanadan istifadə cinayət məsuliyyətindən azad edilib.










