Priqojin: Belarusu dünyanın ikinci ən güclü ordusu edəcəyik

  • By admin
  • 20 İyul 2023 12:53

“Vaqner” muzdulu silahlı qruplaşmasının başçısı Yevqeni Priqojin yeni açıqlaması ilə gündəmə gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Priqojinmuzdlu əsgərlərinə səslənişində Belarusa gedəcəklərini söyləyib.

“Bir müddət Belarusda olacağıq. Əminəm ki, bu müddət içində Belarus ordusunun dünyanın ikinci ən güclü ordusu edəcəyik”, – deyə Priqojin bildirib.

Rusiyada başlatdığı hərbi üsyandan sonra Belarusa gedən Priqojin qürurlu şəkildə savaşdıqlarını dilə gətirib. “Vaqner”  lideri daha sonra bunları deyib.

“Rusiya üçün çox şey etdiniz. Bu anda ön cəbhədə olub-bitənlər içində yer almaq istəmədiyimiz bir rəzalət və əzmimimizi tam olaraq göstərənədək gözləməyimiz gərəkdir. Özümüzü tam olaraq isbatlaya biləcəyimiz anı gözləmək üçün də bir müddət Belarusda qalmağımıza qərar verildi. Burada bir az zaman keçirəcəyik”.

Belarusluların onları yalnız bir qəhraman olaraq deyil, həm də bir qardaş olaraq gördüyünü söyləyən Priqojin hər kəsin buna görə hərəkət etməsini istəyib.

 

Tərcümə: Arzu

Gununsesi.info