“Priqojin Venesuelada gizlənir”? -Rusiyalı analitik

“Priqojin avqust ayında baş verən təyyarə qəzasında ölməyib və əslində Venesuelanın Marqarita adasında gizlənir”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyalı analitik Valeri Soloveyin mətbuata açıqlamasında deyib.

Heç bir əsas gətirə bilməyən Solovey iddia edir ki, Priqojina sui-qəsd olacağı barədə əvvəlcədən xəbərdarlıq edilib və buna görə də qəzaya uğrayan təyyarəyə minməyib.

Eyni zamanda o, Rusiya prezidenti Vladimir Putinlə Priqojin arasında razılaşma olduğunu və Priqojinin sərvətinin böyük hissəsini Putinə bağışladığını da iddia edir.

Bildirilir ki, Sankt-Peterburqa gedərkən qəzaya uğrayan Priqojinin təyyarəsi qəza və ya sui-qəsd olduğu hələ də bəlli deyil.

Lakin Rusiya İstintaq Komitəsi Priqojinin ölümünün rəsmi genetik analizlə təsdiqləndiyini açıqlamışdı.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info