
Ötən həftə təyyarə qəzasında ölən “Vaqner” muzdlu şirkətinin təsisçisi Yevgeni Priqojinin son fotoları ortaya çıxıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Priqojin Afrikada yerli sakinlərlə foto çəkdirib.
Bildirilir ki, o, ilk olaraq Mərkəzi Afrika Respublikasında (MAR) olub, sakinlərlə görüşdən sonra Maliyə yola düşüb.
Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. “Vaqner”ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.
Gununsesi.info