Priqojinin arvadı soyadını dəyişib

Yevgeni Priqojinin həyat yoldaşı Lyubov Priqojina ərinin ölümündən sonra soyadını dəyişdirib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, Proqojina qızlıq soyadına qayıdaraq pasportuna Kryajeva Lyubov Valentinovna yazdırıb.

Bildirilir ki, portal dəyişiklik barədə məlumatı sentyabrın 15-i əldə etsə də, bunun konkret olaraq nə vaxt baş verdiyi məlum deyil.

Xatırladaq ki, Y.Priqojin avqustun 23-ü Tverdə təyyarə qəzası nəticəsində dünyasını dəyişib.

 

 

Şəbnəm

Gununsesi.info