
Rusiyanın muzdlu qruplaşması “Vaqner”in lideri Yevgeni Priqojinin yeni görüntüləri üzə çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, avqustun 23-də Moskva yaxınlığında təyyarə qəzasına uğrayan “Vaqner” rus muzdlu qruplaşmasının lideri Yevgeni Priqojinin bu gün qrupun sosial media hesabında yeni görüntüləri paylaşılıb. Paylaşılan bu görüntülər diqqət cəlb edib.
“Məni məhv etməyi düşünən və nə qədər qazadığımı müzakirə edən insanlar üçün həyatımda hər şey qaydasındadır. Yaşadığımı və necə olduğumu soruşanlar üçün, 2023-cü ilin avqust ayının həftə sonu Afrikadayam”.
Bu sözləri Priqojin lentə altdığı görüntüdə deyib.
Ehtimal edilir ki, həmin görüntülər ölümündən 3-4 gün əvvəl çəkilib.
Tərcümə
Şəbnəm
Gununsesi.info