“Problemlər həllini tapmırsa, biz Rusiya ilə nəyi müzakirə edək?” - LUKAŞENKO

  • By admin
  • 03 Fevral 2017 15:25
lukasenka1
Belarusun Avrasiya İqtisadi İttifaqından çıxması haqqında deyilənlər kökündən yalan məlumatdır.
Gununsesi.info  “belta.by”-a iatinadən xbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə keçiridiyi mətbuat konfransında ölkəsinin Avrasiya İttifaqından çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Lukaşenko bildirib ki, bəzi adamlar belə məlumatlar yaymaqda maraqlıdır və bu məlumatları yaymaqla onlar sevinirlər: “Qaldı ki, mənim Avrasiya İttifaqının dövlət başçılarının sammitində  və Nazirlər Şurasının toplantısında iştirak etməməyimə:- mənim bununla bağlı konkret  tələbim olub. Əgər biz danışdığımız məsələlər  həllini tapmırsa  nə etməli?! Onları həll etmək lazımdır”.
Lukaşenko deyib ki, əgər problemlər həllini tapmırsa, o zaman biz İtifaq dövlətlərinin bu iclaslarını təhqir məkanına çevirmiş oluruq: “Məsələ həl olunmursa, biz nəyi müzakirə edirik?! Məsələ nədir? Bir daha deyirəm onları həll etmək lazımdır”.
Lukaşenko onu da əlavə edib ki,  Belarus heç zaman inteqrasiya layihələrin qarşı çıxmayıb, əksinə belə  təşəbbüslərlə çıxış edib.
“Biz Rusiya-Belarus əlaqələrinə həsr olunmuş çox genişməlumat hazırlayırıq. Mənim yadımdadır ki, Gömrük İttifaqının yaradılması necə yarandı… Niyə görə biz ora  girdik?  Biz hesab etdi ki, bu qurum bərabərhüquqlu olacaq və hamıya bərabər səviyyədə imkanlar yaradacaq. Bu ən əsas məsələdir və bunsuz ittifaq olmur. Əgər belə deyilsə, onda ora  nəyə görə getməliyik?”- deyə, Lukaşenko ritorik bir  sualla çıxış edib.
Mürtəza
Gununsesi.info