Problemli banklarla bağlı müzakirələrə başlanılıb - MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI HƏLL YOLLARI AXTARIR

  • By admin
  • 30 May 2017 11:06

maliyye-bazarina-nezaret-palatasi

“Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərlə bağlı problemlərin məhkəmədənkənar həlli üçün bank ictimaiyyəti ilə müzakirələr başlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, kredit təşkilatları ilə problemli borcların müflisləşmədənkənar restrukturizasiyası imkanları nəzərdən keçirilir.

R.Aslanlı bildirib ki, hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir: “Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib” – deyə, MBNP rəhbəri əlavə edib.

R.Aslanlı qeyd edib ki, yaranmış problemi aradan qaldırmaq üçün həmin banklarla müzakirələrə başlanılıb və problemdən çıxış yolları axtarılır.

Mürtəza

Gununsesi.info